Bookbot
Exactement cet exemplaire ira dans le panier

Mən necə idiot oldum - Üçüncü Nəşr

Paramètres

  • 135pages
  • 5 heures de lecture

En savoir plus sur le livre

Martin Paj bu kitabında az qala dünyada hamını axmaq yerinə qoyub: avtomobilçilərdən tutmuş universitet müəllimlərinə, video-oyun, dəbli paltar, etnik musiqi və televiziya həvəskarlarına qədər hər kəsi. Oxucu ona istehza edənləri xoşlamır. Lakin Paj kimi bir yazıçı üçün xüsusilə qiymətli olan yaşıdları, “öz nəsli” arasında uğur qazanmaq idi. Romanı, demək olar ki, sözbəsöz sitatlara böldülər, internet saytlarından birində Pajın cümlələrini Stendalın, Nitsşenin və Nabokovun aforizmlərilə yanaşı görmək olardı. Tənqidçilər Pajı dərhal Volter ənənələrinin davamçısı adlandırmağa başladılar, oxucuları onu “Kandida” və “Mikromeqas” ilə müqayisə etməyə yönləndirdilər. Lakin Pajın mətnləri rasionalizmdən uzaq idi, sosial satira və müsahibələrindən birində “yazmaq üçün bəhanə” adlandırdığı çağdaş dünyanın tənqidilə qətiyyən uyuşmurdular. “Yox, bu mənim üçün, sadəcə, üslub məşqi deyil – Martin Paj özü haqda deyirdi – ancaq mən başa düşdüm ki, bu gün cəmiyyəti tənqid etmək Flober dövründəki kimi təhlükəli deyil. Artıq bu, sadəcə, ədəbi koddur, onu hərfən qəbul etmək lazım deyil”. Jurnalistin “Bəs sənin üçün kitablarında xüsusilə dəyərli olan nədir” sualına cavab olaraq Paj nə mövzular, nə də personajlar barədə danışdı. O, sadəcə, bir neçə cümlə xatırlatdı. Onların içərisində “Əla gündür, əla” romanından da sitat vardı: “Elə insanlar var ki, heç vaxt boyunlarına yağış düşmür, mən onları heç cür anlaya bilmirəm”.

Achat du livre

Mən necə idiot oldum - Üçüncü Nəşr, Martin Page, Nadir Qocabəyli

Langue
Année de publication
2013
Reliure
(souple),
État du livre
Bon
Prix
6,09 €

Modes de paiement

    Personne n'a encore évalué .

    Titre
    Mən necə idiot oldum - Üçüncü Nəşr
    Langue
    Azerbaïdjanais
    Publié
    2013
    Format
    souple
    Pages
    135
    ISBN10
    9952265344
    ISBN13
    9789952265347
    Séries
    Catégories
    Description